Dünya səhiyyəsi ixtisaslı kadr çatışmazlığı ilə üzləşib

28.11.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), səhiyyə ilə bağlı son hesabatına görə, Avropa İttifaqı ölkələri üzrə sağlamlıq sektorunda 1,2 milyon nəfər kadr defisiti var. Söhbət həkim, tibbi bacısı və mamalıq işinə aid bütün ixtisaslar üzrə boş qalan vakansiyalardan gedir".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 

Qeyd edib ki, bu vəziyyət Azərbaycan kimi ölkələr üçün daima təhdiddir:

"Yüksək ixtisaslı mütəxəssislər imkan düşən, ya da bezən kimi həm yüksək rifah, həm də yaşamaq və işləmək üçün azad mühit təklif edən bu coğrafiyaya üz tutur.

Təəssüf ki, Azərbaycanda həkimlərin ixtisaslar üzrə sayı Sövetdən qalma bölgüdür və bu cür təqdimat əhalinin 10000 nəfərinə görə həkim sayını inkişaf etmiş ölkələrlə müqayisə etməyə imkan vermir. Məsələn, Azərbaycan statistikası cərrahların sayını ümumi göstərir. 

Halbuki bu statistikada neyrocərrah, kardioloq-cərrah, uroloq-cərrah kimi daha dar ixtisalar, eləcə də anestezioloq-reanimatoloq, təcili və təxirəsalınmaz tibbi yardım həkimi, onkoloq, endokrinoloq, qastroenteroloq, nefroloq və s. kimi ixtisaslar üzrə həkimlərin sayını görmək mümkün olmalıdır.

Belə statistika konkret ixtisaslar üzrə real ehtiyacları da görməyə imkan verir".

Nigar
"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью