Dünya səhiyyəsində yeni mərhələ: innovativ müalicə üsulları genişlənir

21.07.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Beynəlxalq tibb ictimaiyyəti üçün əhəmiyyətli yeniliklərdən biri kimi ABŞ-ın Qida və Dərman Administrasiyasının (FDA) yeni nəsil dərman preparatlarının tətbiqi ilə bağlı qərarları diqqət mərkəzindədir. Xüsusilə ürək-damar xəstəliklərinin və mürəkkəb infeksiyaların müalicəsində istifadə olunacaq yeni preparatların təsdiqi müasir tibbin inkişafında mühüm addım kimi qiymətləndirilir.

Bununla yanaşı, nadir nevroloji xəstəliklərin müalicəsi üçün hazırlanmış innovativ preparatların qeydiyyat prosesi də davam edir. Mütəxəssislər bu istiqamətdə əldə olunan nəticələrin gələcəkdə pasiyentlərin müalicə imkanlarını daha da genişləndirəcəyini bildirirlər.

Bu barədə məlumatlar ABŞ-ın Qida və Dərman Administrasiyasının (FDA), Avropa Dərman Agentliyinin (EMA) rəsmi açıqlamalarında və beynəlxalq tibb nəşrlərində yer alıb. Qeyd olunur ki, yeni preparatlar klinik sınaqların uğurlu nəticələri əsasında tənzimləyici qurumlar tərəfindən qiymətləndirilib və onların bir qisminin istifadəsinə artıq icazə verilib.

Beynəlxalq ekspertlərin qənaətinə görə, süni intellekt, gen terapiyası və fərdiləşdirilmiş tibb sahəsində aparılan tədqiqatlar yaxın illərdə səhiyyə sistemində yeni imkanlar yaradacaq, müalicənin effektivliyini artıracaq və pasiyentlər üçün daha təhlükəsiz yanaşmaların tətbiqinə şərait formalaşdıracaq.

N.Adilqızı

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью