“Dünya sənin, dünya mənim” Qohumlar arasında qalmaqal saldı Video | Icma.az
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilə müğənni Təranə Qumralın qızı Qumral arasında müəllif hüquqları zəminində gərginlik yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ “Tarixin bir günü” verilişində müzakirə olunub.
Qumral iddia edib ki, ifa etdiyi “Dünya sənin, dünya mənim” mahnısı Röya tərəfindən yutub platformasından sildirilib.
Qumral bildirib ki, bu addım onu təəccübləndirib və Röyadan məsələyə dair cavab ala bilməyib.
Onun sözlərinə görə, mahnını ifa edərkən hər hansı pis niyyəti olmayıb və bu məsələdə haqsızlığa məruz qaldığını düşünür: “Mənə dedilər ki, Röya xanım sildirib, biz onunla yaxın olmuşuq, çörək kəsmişik.
Ona yazdım, məni bloka atdı. Mənə də maraqlıdır ki, niyə mən? Mən də əziyyət çəkirəm”.
Məsələyə münasibət bildirən Röya isə Qumralın ona müraciət etmədiyini deyib və yaranan vəziyyətin qalmaqal kimi təqdim olunmasına etiraz edib.
Tam oxu
Xəbəri oxu