Dünya səyyahları Ağdam Cümə məscidini ziyarət ediblər | Icma.az
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ağdam, 22 oktyabr, AZƏRTAC Oktyabrın 22-də ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılıq etdiyi dünya miqyaslı səyyahlarqrupu Qarabağa səfər çərçivəsində Ağdam şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, 8 ölkədən gələn xarici qonaqlar əvvəlcə şəhər gəzintisinə çıxıblar.Sonra səyyahlar Cümə məscidi ilə tanış olublar.
Məlumat verilib ki, 1868–1870-ci illərdə inşa edilmiş məscid digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb: minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları isə tanınmaz vəziyyətə gətirilib.
Erməni vandalları məsciddə mal-qara saxlayıblar. Ağdam işğaldan azad edildikdən sonra isə məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu