Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Xankəndi, 8 oktyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzura səfərdə olan dünya səyyahları Şuşadan sonra Xankəndi şəhərinə gəliblər. Dünyanın 13 ölkəsindən olan 40 nəfərlik heyətə dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq səyyahlar Xankəndi şəhərində yerləşən Zəfər parkını və digər görməli yerləri ziyarət ediblər. Onlara Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq layihələri barədə ətraflı məlumat verilib. Qonaqlar regionun yeni inkişaf konsepsiyası, şəhər və rayonlarda müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin inşası və Böyük Qayıdış çərçivəsində görülən işlərlə tanış olublar.
Müxbir – Tahir Ağaməmmədov