Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. Böyük Britaniyanın paytaxtı Londonda, Lankaster-haus iqamətgahında baş tutan Ukrayna
Bu, “Ukrayna üzrə Avropa sammiti” adlansa da, qoca qitənin liderlərini düşündürən əsas məsələ başqadır.
Söhbət Avropanın yeni təhlükəsizlik arxitekturasından, yəni NATO-ya dair müzakirələrdən gedir.
Aydındır ki, Avropa liderləri ABŞ-ın Ukrayna müharibəsindən sonra Alyansı tərk etməsindən narahatdır.
Bu baş verərsə, Avropa təhlükəsizliyində ciddi boşluq yarana bilər.
Ən pisi – bu günə qədər ABŞ-a arxayın olan ölkələr hərbi xərclərini yenidən artırmalı olacaq.
Bu isə onsuz da işsizlik, bahalaşma, miqrant axını kimi problemlərlə üzləşən Qərbin yeni risklərlə qarşılaşması deməkdir.
Avropa liderləri bir məsələdə haqlıdırlar ki, “Paks Amerikana” dövrü sona çatıb. Lakin bunda qeyri-adi nəsə yoxdur.