Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünya şöhrətli əfsanəvi aktyor Ceki Çan "Tanrının Zirehi 4: Ultimatum" filminin çəkilişləri üçün Bakıya gəlib.
BAKU.WS xəbər verir ki, aktyorun Azərbaycanın paytaxtında təxminən on gün qalacağı bildirilir.
Filmin əsas çəkiliş meydançası Qazaxıstandır. Ekran əsərinin çəkilişləri artıq Manqistau və Almatı vilayətlərində, eləcə də Almatı şəhərində aparılıb. Azərbaycan isə Qazaxıstan tərəfinin təklifi ilə çəkilişlərin keçiriləcəyi ikinci ölkə seçilib.