Dünya şöhrətli model indi zibillikdən yemək axtarır FOTO

09.06.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Dünya mediasının və jurnal qapaqlarının şıltaq simalarından olan məşhur model karyerasının zirvəsində yaşadıqları şəxsi və maddi itkilərdən sonra tanınmaz hala düşüb. Səs-küylü boşanma prosesi və keçirdiyi mənəvi sarsıntılar səbəbindən işini, evini və bütün yığımlarını itirən ulduz son illər Los-Anceles küçələrində çox ağır şəraitdə yaşayır.
Demokrat.az xəbər verir ki, bir zamanlar fit bədəni ilə hamını heyran qoyan Loni Uillisonun lüks həyatı 2014-cü ildə "Sahil keşikçiləri" serialının aktyoru Ceremi Ceksonla ayrılıqdan sonra alt-üst olub. Bu ayrılığın yaratdığı güclü emosional travma onun psixi sağlamlığına ciddi zərbə vurub. Şiddətli qorxu və depressiya ilə mübarizə aparan ulduz zamanla cəmiyyətdən uzaqlaşmağa başlayıb. 2016-cı ilə qədər hər şeyini itirən model artıq səkkiz ildir ki, küçələrdə əlində market arabası ilə həyatda qalmağa çalışır.
Читать полностью