Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq. Dünya şöhrətli müğənni, “Black Sabbath” qrupunun yaradıcılarından Ozzi Osborn 76 yaşında Br
AzPost Sky Newsə istinadən bildirir ki, bu barədə onun ailəsi açıqlama verib.
“Əzizimiz Ozzi Osborn bu səhər dünyasını dəyişdiyini kədərlə bildiririk”, – ailə bildirib.
İyulun 5-də Osborn son dəfə Black Sabbath ilə səhnədə çıxış edərək doğma şəhəri Birmingemdəki Villa Parkda vida konserti verib.
Konsertdə həmçinin bir sıra ulduzlar, o cümlədən Metallica, Slayer, Alice in Chains və Guns’n’Roses iştirak edib.
Bilet satışından əldə olunan gəlir xeyriyyə işlərinə sərf olunub.
Parkinson xəstəliyi diaqnozu qoyulan musiqiçi taxtda oturaraq mahnı oxuyub.
Osborn 1969-1977-ci illərdə Black Sabbath-da oxuyub, sonra solo karyera qurub.