Dünya şokda Kahinlər 54 uşağı zorlayıb KONKRET | Icma.az
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. Kaldey adasındakı monastırda 32 illik cinsi istismar cinayətlərinin üstü açılıb.
Kahinlərin 54 uşağa cinsi zorakılıq göstərdiyi müəyyən edilib.
KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın Pembrokeşir sahillərindəki Kaldey adasında uşaqların keşişlər tərəfindən cinsi istismara məruz qaldığı üzə çıxıb.
Araşdırma hesabatına görə, 1960-1992-ci illər arasında 54 uşaq keşişlər tərəfindən təcavüzə məruz qalıb.
Hətta 3 yaşında olan uşaqlara təcavüz edən azğın keşişlərdən biri heç bir cəza almayıb.
Yay aylarında 60 mindən çox turistin ziyarət etdiyi adada keşişlərin azyaşlı uşaqların ailələrini dini tərbiyə etmək üçün aldatdıqları müəyyən edilib.
Xəbərdə uşaqlara təcavüz edənlər arasında adada saxta adlarla yaşayan cinayətkarların olduğu üzə çıxıb.
Hesabatın böyük hissəsi 1970-80-ci illərdə çoxlu uşaqları zorakılığa məruz qoyan Ata Thaddeus Kotikə yönəlib.
Tam oxu
Xəbəri oxu