Dünya Taekvondosunun prezidenti Azərbaycan idmançılarının döyüşlərini izləyəcək

18.07.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya Taekvondosunun prezidenti Çunq-Von Çou Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadaya təşrif buyurub.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, bu gün yüksək qonaq taekvondo yarışlarını izləməyə gəlib.

Universiadanın ilk iki günündə pumse üzrə yarışlar keçirilir. Azərbaycan komandasının iştirakı ilə turnir isə sabahdan başlayacaq.

Çounun Universiadaya gəlişi böyük marağa səbəb olub, taekvondo həvəskarından bir çoxu onunla şəkil çəkdirib.

Onun azərbaycanlı idmançıların döyüşlərini də şəxsən izləyəcəyi gözlənilir.

Zəki Feyzullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью