Dünya təcavüzkara adekvat reaksiya göstərməlidir Zelenski

21.08.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ruslar Krivoy Roqdakı bir ticarət mərkəzinə xaincəsinə hücum ediblər. İkinci zərbə birinci zərbədən təxminən yarım saat sonra - təcili yardım xidmətləri hadisə yerində işləyərkən endirilib. Bu cür zərbələr sadəcə terror hücumudur. Dünya təcavüzkara adekvat təzyiq göstərərək reaksiya verməlidir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.

Qeyd edək ki, son məlumata görə, Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumu nəticəsində 6 nəfər ölüb, 90 nəfər xəsarət alıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью