Dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışırıq Emin Əmrullayev

18.11.2024

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təhsil sahəsində Azərbaycan təcrübəsini dünyada, eyni zamanda, dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə çalışırıq.

Publika.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısı: dayanıqlılıq 2025”in nəticələrinin elan edilməsi ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində artıq iqlim qiymətləndirilməsini müzakirə etmək mümkündür:

"Başa düşürük ki, reytinq hər şeyi əhatə etmir. Lakin reytinq bir çox məsələlərdə əsas götürülür. Rəqabət yaradır, önəmli məsələlərə fokuslanmağa kömək edir. Elm və Təhsil Nazirliyi 2022-2026-cl il üzrə dövlət strategiyası ilə Azərbaycanın üç universitetini dünyadakı ilk 500-lüyə salmağa çalışır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью