Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bildirib ki, dünya hazırda köklü və təhlü
Tokayevin sözlərinə görə, qlobal hərbi xərclər rekord həddə – 3 trilyon dollara çatıb və mövcud tendensiya davam edərsə, 2035-ci ilə qədər b
Prezident qeyd edib ki, silahlanmaya yönələn bu nəhəng vəsaitlər daha ədalətli və sabit beynəlxalq nizamın formalaşdırılması səylərini ciddi
Musavat.com qeyd edir ki, Qazaxıstan lideri yaranmış mürəkkəb geosiyasi şəraitdə ölkəsinin xarici siyasət kursuna da toxunub.
Onun fikrincə, hazırkı şərait maksimum dərəcədə balanslaşdırılmış, praqmatik və milli maraqlara söykənən xarici siyasət tələb edir.
Tokayev vurğulayıb ki, Qazaxıstan üçün əsas prioritet dövlətin strateji maraqlarının qorunması, təhlükəsizliyin təmin edilməsi və beynəlxalq proseslərdə məsuliyyətli mövqenin saxlanılmasıdır.
Prezidentin bu açıqlamaları qlobal miqyasda artan hərbi gərginliklər və böyük güclər arasında rəqabətin fonunda diqqət çəkir.
Analitiklərin fikrincə, Tokayevin mesajı yalnız Qazaxıstana deyil, bütün beynəlxalq ictimaiyyətə ünvanlanmış ciddi xəbərdarlıq xarakteri daşıyır və mövcud dünya düzəninin dərin böhran yaşadığını açıq şəkildə ortaya qoyur.