Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir. Hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda müxtəlif proble
Azərbaycan da bu Forumda uzun illərdir təmsil olunur. 2026-cı il yanvarın 19 Forumun 56-cı toplantısı başlayıb, ayın 23-dək davam edəcək.
Hələ Forum başlamadan öncə onun “2026-cı il-Qlobal Risklər Hesabatı” dərc edilib.
Hesabatda geoiqtisadi münaqişə riskləri haqqında məlumat yer alıb.
Qeyd edilib ki, yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklər artır.
“Xalq Cəbhəsi” bu risklərin idarə olunması və təsirlərinin azaldılması yollarını millət vəkilləri, iqtisadçılar, politoloqlarla müzakirə edib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, 2026-cı il üçün risklər geosiyasi risklərdir: “Xüsusən də aparıcı ölkələr arasında yalnız iqtisadi sahədə deyil, həm də digər istiqamətlərdə rəqabətin güclənməsi praktik olaraq bu risklərin dərinləşməsindən xəbər verir.
O baxımdan məhz dünya liderlərinin geosiyasi riskləri minalaşdırması ilə bağlı daha real fəaliyyət həyata keçirməsi daha da aktuallaşıb”.