Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur britaniyalı aktyor Ceyson Statham Türkiyənin Antalya şəhərinin Serik rayonunda yerləşən Belek turizm mərkəzində istirahət edib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor bir həftəlik tətildən sonra bölgəni tərk edib.
Tətilindən razı qaldığını dilə gətirən Statham sosial şəbəkə hesabında "Geri qayıtmaq çox gözəldir” paylaşımı edib.
Qeyd edək ki, Belek bölgəsi dünya şöhrətli ulduzların tez-tez istirahət etdiyi məşhur turizm məkanlarından biridir.
Aysel Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.