Dünya ulduzu Ronaldonun yanına İlin transferi

11.12.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

"Liverpul" klubunun futbolçusu Muhammed Salah karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, Kriştiano Ronaldonun çıxışı etdiyi "Əl-Nəsr" klubu futbolçunun xidmətində maraqlıdır. "The Telegraph" nəşrinin məlumatına görə, "Əl-Nəsr”dən başqa "Əl-Hilal", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" klubları da Salahı transfer etmək istəyir.

Qeyd edək ki, Muhammed Salah ötən il sərgilədiyi uğurlu oyunlardan sonra “Liverpul”la yeni müqavilə imzalayıb. Bu mövsüm futbolçu əsas heyətə düşməkdə çətinlik çəkir. Futbolçu ehtiyatda qalmasına narazılığını ifadə edib. “Liverpul” futbolçunu heyətdən çıxarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью