Dünya ulduzunun İstanbul nəhənginə keçidi rəsmiləşir Müqavilə müddəti də bilindi

02.02.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasında forma geyinən yarımmüdafiəçi Nqolo Kantenin karyerasını İstanbul nəhəngində davam etdirəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Məlumata görə, 34 yaşlı oyunçunun "Fənərbağça"ya keçidi yaxın günlərdə rəsmiləşəcək. Mənbə Nqolonun tibbi müayinədən keçəndən sonra 2 illik müqaviləyə imza atacağını diqqətə çatdırıb.

Kante 2023-cü ilin yayından Səudiyyə Ərəbistanı çempionatında oynayır. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 26 matça çıxan fransalı 2 qol və 1 məhsuldar ötürmə ilə ydda qalıb. Onun "Əl-İttihad" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. "Transfermarkt" portalı təcrübəli futbolçunun transfer qiymətini 4,5 milyon avro ilə dəyərləndirir.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью