Dünya ulduzunun nazı : Messi Qalatasaray a gəlmək üçün ağlasığmaz tələblər qoydu

02.02.2026

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyanın gəlmiş-keçmiş ən yaxşı futbolçularından biri hesab edilən Lionel Messinin "Qalatasaray"a transferi gündəmə bomba kimi düşüb.

Fanat.Az xəbər verir ki, tanınmış idman yazarı Levent Tüzemen "A Spor"un canlı yayımında argentinalı ulduzun "sarı-qırmızılı" kluba təklif olunduğunu və tərəflər arasında ciddi müzakirələrin getdiyini iddia edib.

Məlumata görə, 2026-cı il Dünya Kubokuna ən hazır vəziyyətdə getmək istəyən Messi, ABŞ-ın MLS liqasındakı aşağı tempdən uzaqlaşaraq 4 aylıq xüsusi bir layihə çərçivəsində İstanbul təmsilçisində oynamağa yaşıl işıq yandırıb.

Transferin pərdəarxası məqamları isə olduqca təəccüblüdür; belə ki, Messi zədə riskini minimuma endirmək üçün rəhbərliyə yalnız İstanbul daxilində keçiriləcək oyunlarda meydanda olmaq şərtini qoyub. Bu xüsusi razılaşmaya əsasən, ulduz futbolçunun səfər matçlarına getmədən ümumilikdə 12 rəsmi qarşılaşmada forma geyinməsi nəzərdə tutulur.

Levent Tüzemen bu məlumatın klub daxili mənbələr tərəfindən də doğrulandığını bildirərək, Messinin "İstanbulda oynamaq şərti ilə gəlirəm" dediyini vurğulayıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью