525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2035-ci ilə qədər dünyada elektrikləşdirmə səviyyəsinin 35 %-ə çatdırılması təklif edilir.
525.az xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.
Onun sözlərinə görə, təklif Türkiyəyə məxsusdur: "Başa düşürük ki, bu, heç də asan proses deyil, ənənəvi enerji növlərindən tədricən daha çox yeni və alternativ enerji mənbələrinə keçidin təməlidir. Bu proses təkcə energetikaya aid deyil. Kiməsə elə gəlir ki, elektrikləşdirmə yalnız energetiklərə aiddir. Bu, tamamilə yanlış yanaşmadır. Əlbəttə ki, məsələ energetikaya da çox aiddir. Amma bu, bizim binalarımıza da aiddir. Şəhərlər bu gün dünyada emissiyaların 70 %-ə qədərini yaradır. Bu o deməkdir ki, binalar, şəhərlərdə yerləşən müəssisələr, nəqliyyat və digər sahələr ən böyük emissiya mənbələridir".