Dünya və Avropa çempionu butslarını mismardan asdı

07.10.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniyalı futbolçu Pedro peşəkar karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu qərarını sosial şəbəkə hesabında açıqlayıb.

“Hiss edirəm ki, artıq zamanı çatıb. Həyatımda yeni mərhələyə başlamağın vaxtıdır.

Arzumu gerçəkləşdirdiyim üçün qürurluyam və bu yolda yanımda olan, mənə kömək edən hər kəsə minnətdaram.

Məni bu qədər xoşbəxt etdiyin üçün sənə təşəkkür edirəm, futbol”, – deyə Pedro yazıb.

Qeyd edək ki, Pedro karyerası ərzində “Barselona”, “Çelsi”, “Roma” və “Latsio” klublarında çıxış edib. O, 3 dəfə Çempionlar Liqasının qalibi olub, həmçinin İspaniya millisi ilə 2010 dünya çempionatını və AVRO-2012-ni qazanıb.

Tuxel İngiltərə tarixinə düşdü Merino Avropada hamını qabaqladı – REKORD GÖSTƏRİCİ Messi “River Pleyt”in fəxri üzvü seçilib - FOTO Mbappe “Real”dan ayrılır? Messi ilə vidalaşdılar: "Onu bütün qəlbimlə sevirəm"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью