Dünya və Avropa çempionunun toyu oldu (Video)

15.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

İdman ustası, Dünya və Avropa çempionu Rövşən Xəlilov ailə həyatı qurub.

Milli.Az xəbər verir ki, idmançı sevib seçdiyi xanımla nikah masasına əyləşib. Cütlüyün toy mərasimindən görüntülər sosial şəbəkədə paylaşılıb.

Mərasimdə Rövşən Xəlilovun yaxınları ilə yanaşı, bir sıra tanınmış idmançılar da iştirak ediblər. Toydan yayılan görüntülər sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və maraqla qarşılanıb.

Paylaşılan kadrlarda idmançının həmkarları ilə birlikdə xoş gününü qeyd etdiyi anlar əks olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью