Dünya Yaxın Şərqdə sülh illüziyasındadır Trampın nümayəndəsi

23.09.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Dünya Yaxın Şərqdə sülh illüziyasındadır və BMT Təhlükəsizlik Şurasının bəzi üzvləri tərəfindən “Fələstin dövləti”nin tanınması əbəsdir.

Bizimyol.info xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Tom Barak "On the Record with Hadley Gamble" nəşrinə müsahibəsində deyib.

"Biz sülhdən danışırıqsa bu, illüziyadır. Yaxın Şərqdə heç vaxt sülh olmayıb. Yəqin ki, heç vaxt sülh olmayacaq, çünki hamı legitimlik uğrunda mübarizə aparır", - deyə Barak qeyd edib.

Onun şərhi ABŞ-ın Qəzzada dərhal, qeyd-şərtsiz və daimi atəşkəs tələb edən BMT qətnaməsinə veto qoymasından bir neçə gün sonraya təsadüf edib.

"BMT-nin nəsə etdiyini görmək xoşdur. Bu, nailiyyətdir, amma məncə, bunun faydası yoxdur. Bu, kömək etmir. Düşünürəm ki, 27 atəşkəs olub. Onların heç biri işə yaramyıb. Şəxsən mən Qəzzada baş verənlərə nifrət edirəm, hər tərəfdən: Fələstin tərəfində israillilər, iordaniyalılar, livanlılar, suriyalılar. Bilirsiniz, bu, sadəcə bir kabusdur”, - deyə Barak qeyd edib.

O əlavə edib ki, İsrail ABŞ üçün dəyərli müttəfiqdir və Amerikanın qəlbində xüsusi yeri var. "Biz bu keçid dövründə baş verənlərə görə tam qarışıqlıq içində yaşayırıq. Deməli, bu, mürəkkəb məsələdir", - deyə diplomat vurğulayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью