Dünya yeni pandemiya ərəfəsindədir:Epidemioloq

17.11.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Sürətlə yayılmaqda olan qrip yeni bir pandemiyaya səbəb ola bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu epidemioloq, Rusiya Elmlər Akademiyasının akademiki və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenkon deyib. Onun fikrincə, dünya pandemiya potensialına malik bir ştammın ortaya çıxması ərəfəsindədir.
"Xəstəliyin yayılma tezliyinin, şiddətinin və müddətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olan pandemiya ştammlarının təxminən 10 il ərzində ortaya çıxma tezliyinə malik olduğumuzu nəzərə alsaq, belə bir ştammın ortaya çıxması ərəfəsindəyik", - deyə o, bildirib.
Onişenko yeni bir pandemiyanın 9-10 il ərzində başlaya biləcəyini və bunun səbəbinin qrip olacağını deyib:
"Hazırda qrip hər yerə yayılır. Əlbəttə ki, bu baş verəcək. Bu, təbii bir təkamül prosesidir".
Anar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью