Dünya yeni qlobal böhranla üz üzə: Qiymətlər 40% artdı və yenə də...

08.08.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, Yaxın Şərq və Ukraynadakı münaqişələr nəticəsində təchizat zəncirində ciddi problemlər yol açıb və bu da öz növbəsində qış mövsümündən əvvəl qlobal enerji bazarlarında ciddi dizel yanacağı böhranına səbəb olur. 

Hörmüz boğazında gəmiçilik problemləri, Fars körfəzindəki neft emalı zavodlarına dəyən ziyan və Ukraynanın Rusiyanın enerji obyektlərinə qarşı hərəkətləri ixracı birbaşa məhdudlaşdırıb.
Keçən dövrdə qlobal dizel tədarükünün 33%-ni təmin edən bu kritik xətlərdəki fasilələr dünya miqyasında ehtiyatların tükənməsinə səbəb olub. Artıq ən çox yanacaq idxalından asılı olan Avropa ölkələri qışdan əvvəl problemlə bağlı həyəcan təbili çalırlar.

Məlumata görə, Avropada dizel ehtiyatları mart ayından bəri təxminən 30% azalıb. Bazarlardakı təklif çatışmazlığı birbaşa qiymətlərdə öz əksini tapıb. ICE Futures Europe dizel yanacağının qiyməti 18 iyun tarixindəki ən aşağı nöqtəsindən bəri təxminən 40% artıb.

Qış istilik yanacağına daxili tələbatın artması səbəbindən ABŞ-dan Avropaya göndərilən yüklərin azalacağı gözlənilir.

Mütəxəssislər vurğulayırlar ki, bu böhran müvəqqəti bir dalğalanma deyil və yüksək qiymətlər qış boyu nəqliyyat xərcləri vasitəsilə qlobal inflyasiyaya səbəb olacaq.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью