Icma.az, Baku.ws portalına istinadən məlumat verir. Son dövrlərdə müxtəlif ölkələrdə təhlükəli virusların yayılması müşahidə olunur.
Xüsusilə, Sudan və Konqo Demokratik Respublikasında baş verən epidemiyalar ciddi narahatlıq doğurur.
Bəs bu virusların xüsusiyyətləri, müalicə üsulları hansılardır? BAKU.WS mövzu ilə bağlı araşdırmanı təqdim edir.
Sudan Virus Xəstəliyi (SVD): 2025-ci ilin yanvar ayında Sudanda Sudan virus xəstəliyi (SVD) epidemiyası elan edildi.
20 fevral 2025-ci il tarixinə olan məlumata görə, ümumilikdə 9 təsdiqlənmiş yoluxma və 1 ölüm hadisəsi qeydə alınıb.
SVD Ebola virusu ilə eyni nəslə aid olan Sudan virusu (SUDV) tərəfindən törəyir və yüksək ölüm nisbəti ilə xarakterizə olunur.
Hazırda bu xəstəliyin qarşısını almaq və müalicə etmək üçün lisenziyalı vaksin və ya terapevtik vasitələr mövcud deyil.
Erkən diaqnoz və dəstəkləyici müalicə sağ qalma şansını artırır.