DünyaAvtobus aşdı: 16 ölü, 44 yaralı

04.02.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Braziliyanın Alaqoas ştatında sərnişin avtobusu magistral yolda aşıb.

Hurriyyet.org "BBC"yə istinadla xəbər verir ki, qəza nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər ölüb, 44 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Qəzanın səbəbləri araşdırılır.

Alaqoas ştatının qubernatoru Paulo Dantas yerli mediaya açıqlamasında ştatda üç günlük matəm elan edildiyini qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью