Dünyaca məşhur 2 dermatokosmetoloq İLK DƏFƏ AZƏRBAYCANDA

09.04.2025

Shownews saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda tibb, xüsusilə də kosmetologiya sahəsində uzun zamandır səbirsizliklə gözlənilən mühüm tədbir bu ay gerçəkləşəcək.

Belə ki, dermatologiya sahəsində dünya miqyasında tanınan iki aparıcı mütəxəssis – Dr. Nabila AzibDr. Gisella Griello, “International Cadaver Azerbaijan” və “Teoxane Distributor Azerbaijan”ın birgə əməkdaşlığı çərçivəsində 9-10 aprel tarixlərində keçiriləcək eksklüziv kadavr kurslarında iştirak edəcəklər.

Tədbirdə, həmçinin bu sahədə beynəlxalq nüfuza sahib olan Dr. Kirdar Güney, Dr. Sami AlissaDr. Nərgiz Əhmədova da öz təcrübələrini bölüşəcəklər.

Bakı Sağlamlıq Mərkəzində baş tutacaq bu xüsusi kursda iştirakçılar ən son texnikalar, canlı praktika və qlobal təcrübələrlə yaxından tanış olmaq imkanı qazanacaqlar.

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью