Dünyaca məşhur aktyorun nəvəsi həbs edildi FOTO

09.08.2025

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Los-Ancelesdə 29 yaşlı Şon Nayt Nikolson ağır məişət zorakılığı ittihamı ilə avqustun 5-də həbs olunub.
Milli.Az xəbər verir ki, onun həbsinə səbəb bir qadının ona hücum etməkdə ittiham etməsi olub. Şon həbsdən sonra 50 min dollar girov qarşılığında sərbəst buraxılıb. Onun növbəti məhkəmə çıxışı avqustun 26-na təyin olunub.

Sean Nikolson musiqi prodüseri kimi fəaliyyət göstərir və "Horror Composition", "Experimental Club", "Hardcore", "Dark Ambient" və "Phonk" janrlarında işlər görür. Sosial mediada özünü "Qaranlıq sənətlərin himayədarı" kimi təqdim edir.

Qeyd edək ki, Şon məşhur aktyor Cek Nikolsonun nəvəsidir. Onun anası Cennifer Nikolson, Cekin qızıdır.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью