Dünyaca məşhur aşpaz Bakıda

09.04.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulinariya sahəsi üzrə yeddi kitabın müəllifi, dünyaca məşhur aşpaz Con Qreqori-Smit Bakıda səfərdədir.

Oxu.Az xəbər verir ki, məlumatı özünün "Instagram" səhifəsində bloqer Adnan Hüseyn paylaşıb.

Qeyd edək ki, yemək proqramında aparıcılıqla da məşhur olan Con Qreqori-Smit Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpazdır. O, mütəmadi olaraq dünya ölkələrinə səyahət edir, yerli mətbəxlə tanış olur.

Con Qreqori-Smit öz bloqunda xəngəlin hazırlanması ilə bağlı video paylaşdıqdan sonra Azərbaycanda da məşhurlaşıb.

Voir cette publication sur Instagram

Une publication partagée par Oxu.az RU (@ruoxuaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью