Dünyaca məşhur modeldən qorxunc Hellouin obrazı VİDEO

02.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Dünyaca məşhur almaniyalı model Xaydi Klum builki Hellouin obrazı ilə də diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, model Nyu-Yorkda təşkil etdiyi ənənəvi Hellouin gecəsinə sol əlinin nəhəng və qanlı surətində qatılıb.

Realistik görünüşü ilə seçilən kostyumda uzun qırmızı dırnaqlar, üzüklər və qanlı detallar əks olunub. Obrazın hazırlanmasına 5-6 saat vaxt sərf edilib. Dominos pizza

Maraqlı məqamlardan biri isə modelin barmağında həyat yoldaşı Tom Kaulitzin adının döyməsinin yer alması olub. 

Qeyd edək ki, Xaydi Klum hər il qeyri-adi Hellouin obrazları ilə gündəmə gəlir.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью