Dünyaca məşhur müğənni evlənir

12.11.2024

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyaca məşhur aktrisa və müğənni Selena Qomez evlənir.

Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə müğənni artıq bir müddətdir birlikdə olduğu sevgilisi Benni Blankola toy planları qurur.

Müğənninin yaxın dostlarından birinin mediaya sızdırdığı məlumata görə o, sosial media hesabında toy təşkilatçılarını gizli izləməyə alıb. Hətta Selena həmin təşkilatçıların paylaşdığı bəzi videolarını da bəyənib. Müğənninin rəfiqəsi cütlüyün tezliklə sürpriz şəkildə evlənəcəyini təsdiqləyib.

Məlumata görə, Selenanın planı mərasimin açıq havada keçirilməsidir. O, toyda iki paltar geyinəcək. Cütlük toylarına “Sevgi ziyafəti” adını verib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью