Icma.az bildirir, Axsham.az portalına istinadən.
Dünyaca məşhur mobil oyun “Subway Surfers” azərbaycanlı saz ifaçısı Tofiq Hüseynzadənin videosunu rəsmi sosial şəbəkə hesabında paylaşıb.
Axşam.az xəbər verir ki, videoda musiqiçi oyunun məşhur melodiyasını saz alətində ifa edir.
Oyunun rəsmi səhifəsi musiqiçinin ifasını bəyəndiyini qeyd edib.