Dünyada 3 cü dəfə: İki uşaqlığında eyni anda hamilə qaldı

26.08.2026

Icma.az bildirir, Medicina portalına istinadən.


Türkiyənin Trabzon şəhərində son dərəcə nadir hal baş verib.

Medixina.az xəbər verir ki, Rizedə yaşayan 28 yaşlı Serenay Atagünün iki ayrı uşaqlığında eyni vaxtda hamiləlik yaranıb.

İki uşaqlığı olan qadın daha əvvəl üç dəfə süni mayalanma müalicəsi alıb, lakin hamiləliklər düşük ilə nəticələnib. Sonuncu müalicədə hər iki uşaqlığa bir embrion köçürülüb və hər ikisi uğurla inkişaf edib.

33-cü həftədə dünyaya gələn qızlara Nil və Ada adı verilib. Həkim Ufuk Yılmaz bu halın süni mayalanma nəticəsində dünyada qeydə alınan üçüncü belə hadisə olduğunu bildirib.

Xanım,

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью