Dünyada 754 milyon insan oxuma yazma bacarmır

04.11.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Texnologiyanın sürətlə inkişaf etdiyi, rəqəmsal xidmətlərin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi müasir dövrdə dünyada milyonlarla insan hələ də ən fundamental bacarıqlardan biri olan oxuyub-yazmaq imkanından məhrumdur.

"Cebheinfo.az" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 2025-ci ildə açıqladığı məlumatlara görə, 2024-cü ildə dünyada 754 milyon yetkin insan əsas oxu-yazı bacarıqlarına malik olmayıb. Onların 63 faizini qadınlar təşkil edib.

Statistikaya əsasən, dünyada 15 yaşdan yuxarı insanların savadlılıq səviyyəsi 2024-cü ildə 88 faizə çatıb. Bu göstərici 2014-cü ildə 85 faiz olub. Gənclər arasında isə savadlılıq səviyyəsi son on ildə 91 faizdən 93 faizə yüksəlib. Bununla belə, regionlar arasında ciddi fərqlər qalmaqdadır. 2024-cü ildə Saxaradan cənubda yerləşən Afrika ölkələrində yetkin əhalinin savadlılıq səviyyəsi 69 faiz, Okeaniyada isə 67 faiz olub. Avropa və Şimali Amerikada bu göstərici 98 faizdən yüksəkdir.

Diqqətçəkən məqamlardan biri də odur ki, savadlılıq səviyyəsinin artmasına baxmayaraq, bəzi regionlarda savadsız insanların sayı da yüksəlir.
Məsələn, Saxaradan cənubda yerləşən Afrika ölkələrində yetkin əhali arasında savadsızların sayı 2015-ci ildəki 196 milyondan 2024-cü ildə 225 milyona çatıb.  Bu vəziyyət əhali artımının təhsil sahəsində əldə olunan irəliləyişləri üstələyə bilməsi ilə əlaqələndirilir.

BMT-nin ixtisaslaşmış təşkilatı olan YUNESKO bildirir ki, savadlılıq yalnız hərfləri oxumaq və yazmaq bacarığı ilə məhdudlaşmır.

Müasir dövrdə rəqəmsal, maliyyə və informasiya savadlılığı da insanların gündəlik həyatda müstəqil qərarlar verməsi üçün mühüm əhəmiyyət daşıyır.

Qlobal savadlılıq səviyyəsində irəliləyiş olsa da, qadınlar və yoxsul regionlarda yaşayan insanlar bu sahədə daha çox çətinliklə üzləşirlər.

Gülər 
"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью