Dünyada ac adamların sayı artır KONKRET

25.12.2024

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Zəngin dövlətlər beynəlxalq təşkilatlara ayrılan maliyyəni kəsdikcə dünyada ac insanların sayı artır.

KONKRET.az  “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə  BMT məlumat yayıb. Məlumatda daha sonra deyilir: “Gələn il dünyada 117 milyondan çox insan ac qala bilər. Hesablamalara görə gələn il 307 milyon insanın 60%-nə kömək etmək mümkündür. Bunun üçün də kifayət qədər pul toplamaq lazımdır”. Xatırladaq ki, bu il zəngin ölkələrdən maliyyələşmədə azalma müşahidə olunub. Təşkilat tələb olunan 49,6 milyard dolların yalnız 46%-ni toplayıb. BMT  ardıcıl ikinci ildir ki, tələb olunan  məbləğin yarısından azını toplayır.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью