Dünyada alüminium istehsalı artıb | Icma.az
Icma.az, Anews portalına istinadən məlumat verir. 2024-cü ildə dünyada alüminium istehsalı illik müqayisədə 2,9% artaraq 72,76 milyon tona ç
Bu barədə Beynəlxalq Alüminium İnstitutunun (IAI) ilkin məlumatlarında bildirilib.
Hesabata görə, Çin alüminium istehsalını 4,1% artıraraq 43,38 milyon tona, Fars körfəzi ölkələri 0,64% artaraq 6,26 milyon tona, Asiya ölkələri 3% artaraq 4,81 milyon tona çatıb.
Rusiya və Şərqi Avropa ölkələri 2024-cü ildə alüminium istehsalını 3,76% artıraraq 4,17 milyon tona, Şimali Amerika ölkələri - 2,23% - 3,98 milyon tona, Qərbi və Mərkəzi Avropa ölkələri - 4,24% - 2,83 milyon tona çatdırıblar.
Beynəlxalq Alüminium İnstitutu (IAI) dünya alüminium istehsalçılarının birliyidir.
Buraya dünyanın ilkin alüminium istehsalının 60%-dən çoxunu təşkil edən dünyanın ən böyük alüminium istehsal edən şirkətləri daxildir.
Aytac Zeynalovawww.anews.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu