Dünyada ayaqlar altda yaşamaq... Günün şeiri

28.12.2024

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün tanınmış şair Şahmar Əkbərzadənin doğum günüdür.

Kulis.az “Günün şeiri” layihəsindən şairin “Yollar” şeirini təqdim edir.

Ayaqla torpağın öpüşməsindən
Doğulub böyüyür yollar həyatda.
Tapdana-tapdana min illər boyu,
Ömür qazanıbdır ayaqlar altda.

Gəlimli-gedimli yol nəsillərin,
ölməz abidəsi, əmanətdir.
Tapdanmaq – insanın şərəfsizliyi,
Tapdanmaq – yolların ləyaqətidir.

İnsan qədəminə tamarzı qalmaq,
Yolların bağrına çəkilən dağdır.
Dünyada ayaqlar altda yaşamaq,
Bircə yollar üçün alçalmamaqdır.


1968

Məşhur aktyor vəfat etdi Akif İslamzadəyə görə özbəklərin qabağında utandım - Nadir Yalçın Milli musiqi alətlərimiz kral muzeyində
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью