Dünyada baş verən hadisələr beynəxalq hüququ çökdürüb Əli Əhmədov

07.12.2024

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Hazırda dünyada baş verən hadisələr beynəxalq hüququn çökməsinə  səbəb olub. Bunu Milli Məclisin sədr müavini Əli Əhmədov deyib.
"Dünya sürətlə dəyişir. Bir sıra hallarda dəyişiliklər problemlər gətirir. İndi dünya beynəxalq hüququn yeni reallıqlara uyğunlaşmasına məhkum olub. Güc beynəxalq hüququn alternativinə çevrilib. Meydana gələn yeni mərkəzlərin, siyasi iddialara cavab verə bilmir. Dünya indi yeni beynəxalq hüquq parametrləri üzərində düşünürlər. Dünya bu reallığı qəbul etməyə məcburdur. Bunun ağırlığını insanlar çəkir",- Əhmədov dekabrın 7-də İctimai diplomatiyada parlamentlərin rolu:Azərbaycan və Türkiyə numunəsi adlı tədbirdə deyib.

Əhmədov bildirib ki, parlamentlərin diplomatik münasibərlərinin genişləndirilməsinə ehtiyac var.

Gülnar Nazimqızı 


www.anews.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью