Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin Nyu-York Universitetinin (NYU) tərkibindəki Langone Sağlamlıq Tibb Mərkəzində bir ilkə imza atılıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (KOAH) olan 57 yaşlı qadına "tam robot əməliyyatı ilə ikiqat ağciyər transplantasiyası" həyata keçirilib.Xəstəxanadan verilən açıqlamada oktyabrın 22-də həyata keçirilən əməliyyatda qabırğalar arasında kiçik kəsiklər edildikdən sonra (minimal invaziv cərrahi üsul) ağciyərin robot sistemlə çıxarıldığı, nahiyənin transplantasiyaya hazırlandığı və və yeni ağciyər yerləşdirildiyi bildirilib.
Hər iki ağciyərin robot texnika ilə köçürüldüyü vurğulanıb.Dünyanın ilk tam robotik qoşa ağciyər transplantasiyasını alan KOAH xəstəsi Cheryl Mehrkar, " Mənə həyatda bir şans verdiyi üçün donora və ailəsinə minnətdaram.
Uzun müddət mənə kifayət qədər uyğun xəstə olmadığını söylədilər.
Transplantasiya üçün NYU Langone Health komandası ilk növbədə mənim həyat keyfiyyətimə diqqət yetirdi və mənə ümid verdiyi üçün buradakı həkimlərə və tibb bacılarına minnətdaram" deyə qeyd edib.Da Vinci Xi robot cərrahiyyə texnologiyasından istifadə edərək əməliyyatı həyata keçirən Dr.
Stephanie H. Chang deyib: “Xəstələrin sağlam həyat keyfiyyətinə qayıtmasına kömək etmək ən böyük xoşbəktlikdir.
Bu robot sistemlərdən istifadə etməklə biz bu böyük əməliyyatın xəstələrə təsirini azaltmağı, onların əməliyyatdan sonrakı ağrılarını məhdudlaşdırmağı və onlara mümkün olan ən yaxşı nəticəni verməyi hədəfləyirik.