Dünyada bir ilkə hazırlaşırlar: Nüvə tullantıları ilə bağlı… KONKRET

04.08.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Finlandiya dünyada ilk daimi işlənmiş nüvə yanacağı anbarının açılışına bir addım daha yaxınlaşıb.

Ölkənin Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsi “Posiva” şirkətinin həmin obyektinin bütün təhlükəsizlik tələblərinə cavab verdiyi qənaətinə gəlib və onun 2070-ci ilə qədər istismarı üçün lisenziyanın verilməsini dəstəkləyib.

KONKRET.az xəbər verir ki, Finlandiya hökumətinin sözügedən obyektə lisenziya verilməsi məsələsini cari payızda müzakirə edəcəyi gözlənilir.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью