Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin ilk yarısında dünyada birbaşa xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 1 trilyon 198 milyard dollara çatıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatında bildirilib.
Məlumata görə, investisiyalar ilin birinci rübündə 45 faiz artsa da, ikinci rübdə 26 faiz azalıb.
Buna baxmayaraq, yanvar-iyun aylarının yekununda qlobal investisiyalarda artım qeydə alınıb.Hesabat dövründə OECD-yə üzv ölkələrin təxminən üçdə ikisində, eləcə də bir sıra inkişaf etməkdə olan ölkələrdə xarici investisiyaların həcmi yüksəlib. Artım əsasən səhmdar kapitalına yatırımların çoxalması, qismən isə şirkətdaxili kreditlərdəki dəyişikliklərlə əlaqədar olub.
OECD ölkələrinə yönələn birbaşa xarici investisiyalar isə 67 faiz artıb. Bu artımda ABŞ əsas rol oynayıb. Belə ki, 2026-cı ilin ikinci rübündə ABŞ-yə daxil olan investisiyaların həcmi son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Təşkilat ilin qalan hissəsində investisiya mühitinin qeyri-müəyyən olaraq qalacağını bildirir.
Geosiyasi gərginliklər, enerji və digər istehsal xərclərinin artması, eləcə də ticarət siyasətindəki dəyişikliklər bu sahəyə təsir göstərən əsas amillər olaraq qalır.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin