“Dünyada Böyük Depressiyanın oxşarı baş verəcək” İnvestor

08.01.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

2025-ci ildə dünya iqtisadiyyatı dərin böhranla üzləşə bilər. Hətta bu böhran miqyasına görə Böyük Depressiyadan fərqlənməyəcək.

Sfera.az xəbər verir ki, bunu amerikalı investor, “Rogers Holdings”in sahibi Cim Rocers RBC-yə müsahibəsində deyib. Rocers böhranın baş verəcəyi tarixi də açıqlayıb:

“Mən güman edirəm ki, qlobal böhran yazdan əvvəl, Donald Trampın yanvardakı andiçmə mərasimindən sonra başlayacaq”.

Rocersin sözlərinə görə, hazırda qlobal iqtisadiyyatda əsas problemlər həm ABŞ-də, həm də digər ölkələrdə dövlət borcunun artması, eləcə də yeni Tramp administrasiyasının proteksionist siyasətidir. Bu səbəblərdən amerikalı investor 1929-cu il Böyük Depressiya ssenarisinin təkrarlanacağını iddia edib.

Vasif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью