Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Dünya bütün nüvə silahlarının mərhələli şəkildə məhvinə başlamalıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Al-Arabiya” telekanalına verdiyi müsahibədə bildirib.
“Ədalətli olmaq üçün deyim ki, gəlin tədricən, addım-addım dünyadakı bütün nüvə silahlarını məhv edək”, - deyə Belarus lideri bildirib.
Qeyd edək ki, 8 iyun tarixində Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında nüvə qüvvələrinin 2025-ci ildə nüvə arsenallarını artırmaqda davam etdiyi bildirilib. Təşkilat qeyd edib ki, 2026-cı ilin yanvar ayına olan məlumata görə, qlobal nüvə döyüş başlığı ehtiyatının sayı 12 187-yə çatıb. SIPRI direktoru Kərim Haqqaq isə qeyd edib ki, bəzi dünya liderlərinin nüvə silahlarını düşmən dövlətin hücumundan müdafiənin qarantı kimi təqdim etsələr də, milli müdafiə və təhlükəsizlik strategiyaları üçün nüvə silahlarına etibar etmək riskləri əhəmiyyətli dərəcədə artıra bilər.