Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28.11.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Çili sahillərindəki Robinson Kruzo adasında bitən "Dendroseris neriifolia" növünə aid dünyada məlum olan sonuncu ağac tamamilə yox olmaq təhlükəsi ilə üzləşib. Dik vulkanik yamacda yerləşən ağacın aşmaması və məhv olmaması üçün mühafizəçilər onu kəndirlərlə bərkidiblər.

Milli.Az xəbər verir ki, 1830-cu illərdə botaniklər tərəfindən təsvir edilən və vaxtilə adanın dərələrində geniş yayılan bu bitki yaşayış mühitinin məhv edilməsi, torpaq eroziyası, meşə yanğınları, nəzarətsiz maldarlıq və invaziv (yad) növlərin yayılması səbəbindən tükənmə həddinə çatıb.

1980-ci ildə adada cəmi bir neçə nümunəsi qalan ağacdan bu günə yalnız Çili Milli Meşə Təsərrüfatı Qurumunun (CONAF) nəzarətində olan bu tək ağac gəlib çatıb. Alimlər və təbiət mühafizəçiləri növü xilas etmək üçün hər il mart ayında 4 saatlıq çətin yol və 2 saatlıq sıldırım yamac dırmanışından sonra iplərlə ağacın budaqlarına çıxaraq xüsusi torlar vasitəsilə yetişmiş toxumları toplayırlar.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью