Dünyada cəmi bir ədəd qalıb Başında 24 saat mühafizə dayanır

08.06.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Çilidə dünyada cəmi bir ədəd qalan "Dendroseris neriifolia" ağacının qorunması üçün xüsusi mühafizə tədbirləri görülür.
Demokrat.az xəbər verir ki, Çili Milli Meşə Agentliyi (CONAF) nadir ağacın ətrafında 24 saatlıq nəzarət sistemi qurub. Dik qayanın kənarında yerləşən ağac külək və eroziya riskinə qarşı troslarla bərkidilib.
Mütəxəssislərin məlumatına görə, vaxtilə geniş yayılan bu növ nəzarətsiz otarılma, torpaq eroziyası, invaziv növlər və meşələrin məhv edilməsi nəticəsində yox olmaq həddinə çatıb. 1980-ci ildə aparılan sayımda növdən 7 ağac qaldığı müəyyən edilmişdi. Hazırda isə vəhşi təbiətdə yalnız bir ağac mövcuddur.
Nəslin qorunması məqsədilə ağacdan toxumlar toplanır. Son toplama zamanı əldə edilən 29 toxum İngiltərədəki Kew Gardens-in Minilliyin Toxum Bankına göndərilib. Analizlər nəticəsində 25 toxumun yararlı olduğu müəyyənləşib, onlardan 7-si artıq cücərdilib.
Alimlər laboratoriyada yetişdirilən tinglərdən yeni toxumlar əldə etməyi planlaşdırırlar. Gələcəkdə isə toxum toplama işlərində dronlardan istifadə nəzərdən keçirilir.
İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью