Dünyada da qızıl sürətlə bahalaşır

08.10.2025

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Qızılın qiyməti daha bir rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti tarixi maksimumunu yeniləyərək, bir troy unsiyası üçün 4050 dollara çatıb.
Belə ki, Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, qızılın qiyməti 1,16% faiz artaraq, 1 troy unsiyası üçün 4050,8 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 09:05-ə olan məlumata görə, qızılın qiyməti artımını sürətləndirərək, 1 troy unsiyası üçün 4051,8 dollar (+1,18%) olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью