Dünyada daha bir ölümcül virus yayılır

02.12.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcaqanadlar vasitəsilə yayılan viruslar son aylarda Kubada insan ölümlərinə səbəb olub. Kuba səhiyyə nazirinin müavini Karilda Pena bildirib ki, Denq virusundan 12, Zikunqunya virusundan isə 21 nəfər həyatını itirib.

Həlak olanların 21 nəfərinin 18 yaşdan kiçik olduğu qeyd edilsə də, ölümlərin baş verdiyi tarix dəqiqləşdirilməyib.

Reyting.az xəbər verir ki, Denq və Zikunqunya viruslarını daşıyan Aedes ağcaqanadının yaydığı çikunqunya xəstəliyinin spesifik müalicəsi yoxdur. Nadir hallarda ölümcül olsa da, çikunqunya infeksiya sonrası aylarla davam edə bilən güclü baş və oynaq ağrılarına, habelə səpgi kimi əlamətlərə səbəb ola bilər. Bu isə bəzən uzunmüddətli əlilliklə nəticələnir.


Denq virusu ağcaqanadlar vasitəsilə insanlara ötürülür və əsasən mülayim iqlimli tropik və subtropik bölgələrdə geniş yayılıb. Virusa yoluxmuş insanların əksəriyyətində yüksək qızdırma, baş ağrısı, bədən ağrıları, ürəkbulanma və səpgi kimi əlamətlər müşahidə olunur. Əksər xəstələr 1-2 həftə ərzində sağalsa da, bəzi hallarda xəstəlik ağırlaşaraq ölümə səbəb ola bilər. Hazırda Denq üçün spesifik müalicə yoxdur və xəstəlik əsasən ağrıların idarə edilməsi ilə müalicə olunur.

Nazir müavini Pena ötən həftə 5717 yeni çikunqunya halının qeydə alındığını bildirib. Kuba rəsmiləri əlavə ediblər ki, bəzi xəstələrin tibbi yardım almaması və xəstəlik barədə məlumat verməməsi səbəbindən əsl yoluxma sayı daha yüksək ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatı iyul ayında bəyan edib ki, Hind okeanı bölgəsi ilə əlaqəli yeni yoluxma hallarının Avropa və Amerikaya yayılması müşahidə olunur. Təşkilat 20 il əvvəl dünyanı bürümüş çikunqunya epidemiyasının təkrarlanmasının qarşısını almaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

V. QULİYEV


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью