Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. İstanbul Universiteti tibb fakültəsində “Sami Zan” adlı möhtəşəm bir anatomiya müəlli
Dərslərində söylədiyi yığcam və dərin mənalı sözləri dinləmək üçün bütün fakültələrdən tələbələr gələr, sinif ağzınadək dolardı.
• Meyvəsi palçığa düşür deyə ağacı lənətləməzlər. • Həkim adətən xəstəsini təsəlli edir, nadir hallarda müalicə.
• Universitetə girib çıxmayanlara professor deyilir. • Oxumaq sənəti – əsasları xatırlamaq, detalları unutmaqdır.
• Məncə ən acınacaqlı insan vəzifəsində maaşdan başqa heç nə qazana bilməyəndir. • Həyat = Əmək × Dürüstlük × Elm/Bilik × Bacarıq × Şans.
Əgər şans sıfırdırsa, nəticə də böyük bir SIFIR olur. • Həyat üstü pambıqla örtülmüş qazıq tarlasıdır.
• Həyatda bütün maneələr üstündən keçilmək üçündür, qarşısında dayanmaq üçün yox.
• Yüksəlmək üçün öz ayaqlarınızdan istifadə edin, başqalarının kürəyindən və əllərindən yox. • Yaxşılıq bəlkə unudular, amma ölməz.