Dünyada döyüşlərin getdiyi zaman kvant inqilabı baş verib | Icma.az
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Yeni çip ən sürətli müasir kompüterin 10 septilyon ilə həll etdiyi məsələni cəmi beş dəqiqəyə həll edə bilir..." "Google" şirkəti kvant kompüterləri üçün yeni "Willow" çipini təqdim edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Məlumatda deyilir ki, yeni çip ən sürətli adi müasir kompüterin ağlasığmaz az zamanda-10 septilyon ilə (24 sıfrı olan 10) sərf etdiyi hesablama məsələsini beş dəqiqəyə həll edə bilir.
"Google Quantum" laboratoriyasının təsisçisi və rəhbəri Xartmut Nevenin sözlərinə görə, bu, "kvant hesablamalarının bir çox paralel kainatlarda baş verdiyi" barədə ideyanı təsdiq edir.
Lakin yeniliyin inqilabi xarakteri onun məlumatların emalı sürətində deyil, ixtiraçıların kvant kompüterlərinin əsas problemini aradan qaldırmasındadır.
Məsələ bundadır ki, kvant kompüterləri kvant mexanikasının hadisələrindən istifadə edir, bu da kvant superpozisiyası və kvant dolaşıqlığıdır.
Bunlar ya 0, ya da 1 qiymətini almaq qabiliyyətində olan bitlərdən (ikilik rəqəm) deyil, eyni zamanda həm 0, həm 1 qiyməti olan kubitlərdən (kubit bitlərindən) istifadə edir.
Tam oxu
Xəbəri oxu